Bakı-Naxçıvan marşrutu üzrə avtobus reysləri təxirə salınıb. Bu barədə bu gün, 15 yanvar tarixində Bakuplus.az Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən məlumat verir.
İran İslam Respublikasında olan hava şəraiti və yolların vəziyyəti səbəbindən bu gün reyslər yerinə yetirilməyəcək.
Ötən gün də sözügedən maşrut üzrə reyslər həyata keçirilməyib.