SOCAR Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun fəaliyyəti gələn il planlı təmirlə bağlı dayandırılır. Bu haqda bu gün, 30 noyabr tarixində Bakuplus.az APA-ya istinadən məlumat verir.
"SOCAR Downstream Management" MMC-nin baş direktoru Emil Alxaslının sözlərinə görə, əvvəlki illərdə SOCAR-ın ölkə daxilində yerləşən zavodları, xüsusilə də Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu, neft-kimya istehsalı müəssisələri hər il təmir üçün dayandırılırdı.
"Məqsədimiz bu müddəti daha da uzatmaqdır", – deyə Emil Alxaslı Sənaye Təhlükəsizliyi Zirvəsində çıxışı zamanı bildirib.