Bakıdan Parisə birbaşa uçuşlar bərpa olunur. Bu haqda bu gün, 16 fevral tarixində Bakuplus.az AZAL-a istinadən xəbər verir.
Bakı-Paris aviareysləri həftədə 2 dəfə - çərşənbə axşamı və cümə günləri olmaqla hər 2 istiqamətə nəzərdə tutulub. İlk uçuş 9 may tarixində baş tutacaq.
Uçuş cədvəli ilə daha ətraflı aviaşirkətin rəsmi saytında tanış olmaq mümkündür.