“Azərbaycan Hava Yolları” QSC (AZAL) Çinin paytaxtı Pekinə uçuşlarına xüsusi təklif edib. Bu haqda bu gün, 30 noyabr tarixində Bakuplus.az AZAL-in Facebook səhifəsinə istinadən xəbər verir.
Bakı-Pekin-Bakı marşrutu üçün biletlərin qiyməti 699 manatdan başlayır. Uçuşlar dekabrın 19-dan etibarən həftədə iki dəfə – çərşənbə axşamı və bazar günləri həyata keçiriləcək.
Təklif bü gündən dekabrın 14-nə qədər davam edəcək.
Biletləri azal.az saytından, aviaşirkətin mobil tətbiqindən, eləcə də AZAL-in kassalarından və akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür.