Ötən gün, 17 dekabr tarixində Bakı-Pirşağı-Bakı marşrutu üzrə qatarların hərəkəti dayandırılıb. Bu haqda bu gün, dekabrın 18-də Bakuplus.az Report-a istinadən məlumat verir.
Hadisə “Azərişıq” ASC-nin 6 kV-luq hava xəttinin qırılaraq dəmir yolu xəttini qidalandıran elektrik kabelinin üzərinə düşməsi səbəbindən baş verib.
Elektrik qəzası Pirşağı-Zabrat hissəsində qeydə alınıb və bu səbəbdən hadisənin nəticələri aradan qaldırılana qədər bu istiqamətdə qatarların hərəkəti dayandırılıb.
Təmir işləri ilə bağlı saat 18:12-də Sumqayıt stansiyasından yola düşməli olan qatar 20 dəqiqəlik gecikmə ilə Sumqayıt-Xırdalan-Bakı istiqamətinə ötürülüb.