Bakı-Pirşağı-Sumqayıt istiqamətində qatarlarda nasazlıq yaranıb. Bu haqda bu gün, 26 dekabr tarixində Bakuplus.az Azərbaycan Dəmir Yollarına istinadən xəbər verir.
Saat 19:00-da elektrik enerjisi kəsintisi səbəbindən qatar Zabrat-Pirşağı mənzilində qalıb. Saat 21:00-da problem aradan qaldırılıb və hərəkət bərpa edilib.
Bu səbəbdən Bakı-Pirşağı istiqamətində saat 18:30-da, 18:45-də və 18:10-da yola düşən sərnişin qatarlarında da ləngimələr olub.