Bakı-Praqa biletlərinə endirimlərə start verilib. Bu haqda bu gün, 1 dekabr tarixində Bakuplus.az Azərbaycan Hava Yollarına istinadən xəbər verir.
Çexiyanın paytaxtı Praqaya və əks-istiqamətə həyata keçirilən uçuşlar üçün xüsusi kampaniyaya başlanılıb. Belə ki, sözügedən istiqamətlərdə aviabiletlərin qiyməti 555 AZN-dən başlayır.
Endirimli aviabiletlər 1-7 dekabr tarixləri arasında aktiv olacaq. Təklif 2 vaxt aralığında yerinə yetiriləcək uçuşlara şamil olunur: 12 yanvar - 11 mart və 1 aprel - 31 may 2024-cü il.