Bakı-Qəbələ-Bakı dəmiryolu marşrutuna əlavə reyslər təşkil olunub. Bu haqda bu gün, 30 dekabr tarixində Bakuplus.az Azərbaycan Dəmir Yollarına istinadən xəbər verir.
Sərnişin tələbatının artması səbəbindən sərnişin qatarları bayram günlərində hər gün Qəbələ istiqamətində hərəkət edəcək.
Belə ki, Bakı-Qəbələ-Bakı marşrutu üzrə qatarlar 30-31 dekabr 2023-cü il, 1-6 yanvar 2024-cü il tarixlərində Bakıdan Qəbələyə saat 07:30-da, Qəbələdən Bakıya isə saat 19:00-da yola düşəcək.