Bakı – Qəbələ qatarlarının cədvəlində dəyişiklik olacaq. Bu haqda bu gün, 29 mart tarixində Bakuplus.az Azərbaycan Dəmir Yollarına istinadən xəbər verir.
Ramazan bayramı ilə əlaqədar 10-14 aprel tarixləri arası Bakı–Qəbələ marşrutu üzrə qatarlar hər gün hərəkətdə olacaq.
6 aprel iş günü müəyyən edildiyindən həmin tarixdə Bakı–Qəbələ marşrutu üzrə qatar reysləri ləğv edilir. Əvəzində qatar 7 apreldə səhər Bakıdan Qəbələyə, axşam isə Qəbələdən Bakıya yola düşəcək.