Abşeron dairəvi dəmir yolunda, eləcə də Bakıdan Sumqayıta gedən dəmir yolunda vətəndaşların təhlükəsizliyinin təmin edilməsi üçün müvafiq tədbirlər həyata keçirilib. Bu haqda Report "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) istinadən məlumat verib.
Ərazidə 12 yeraltı avtomobil tuneli, 25 yeraltı və yerüstü piyada keçidi tikilib, dəmir yolu, rabitə və işarəvermə istemi yenidən qurulub. Dəmir yolu xətti boyu 120 kilometr hasar çəkilib.
Həmçinin, ərazidə xəbərdaredici siqnalizasiya sistemi quraşdırılıb.