Bakı-Sumqayıt şosesində avtobus xəttinə nəzarət gücləndiriləcək. Bu haqda bu gün, 18 dekabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətovun sözlərinə görə, həmin yolda həm nəzarət-müşahidə avadanlıqlarının qurulması, həm də digər tədbirlərin görülməsi planlaşdırılır.
Hümmətov əlavə edib ki, artıq bununla bağlı layihə hazırlanıb və bu yaxınlarda yeni qanun qüvvəyə minəcək.