Bakı-Sumqayıt şosesində tıxac yaranıb. Bu haqda bu gün, 22 noyabr tarixində Bakuplus.az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən xəbər verir.
Beynəlxalq Avtovağzalın qarşısında nəqliyyat vasitəsi texniki nasazlıq səbəbindən yolda qalıb. Nəticədə Xırdalan dairəsi istiqamətində sıxlıq yaranıb.
Əraziyə polis əməkdaşları cəlb olunublar. Hazırda sıxlığın aradan qaldırılması üçün işlər görülür.