“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC 2023-cü il martın 1-dən etibarən Bakı-Türkmənbaşı-Bakı marşrutu üzrə hər iki istiqamət üçün avtomobil daşımaları tariflərində endirimlər elan edir. Bu barədə bu gün, 20 fevral tarixində Bakuplus.az ASCO-ya istinadən xəbər verir.
Bir standart qoşqulu yük avtomobilinin (TIR uzunluğu 16,5 metr) bir istiqamətdə (Bakı-Türkmənbaşı və ya Türkmənbaşı-Bakı) daşınması üçün gediş haqqı 1072 ABŞ dolları əvəzinə 1000 dollar təşkil edəcək.
Sürücü əvvəlcədən gediş-dönüş bileti alsa, qiymət 1716 dollar əvəzinə 1600 dollar olacaq. Tariflər təkərli nəqliyyat vasitəsinin uzunluğu 16,5 metrdən çox və ya azdırsa, onun uzunluğuna mütənasib olaraq hesablanır.
Fevralın əvvəlindən bu istiqamətdə minik avtomobilləri də güzəştli tariflərlə daşınır. Hazırda gəmidə avtomobilin daşınmasının qiyməti 325 yox, 200 dollar təşkil edir.