Bakıda və Abşeron yarımadasında havanın olacaq vəziyyəti açıqlanıb. Bu haqda bu gün, 18 dekabr tarixində Bakuplus.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir.
Bakı və Abşeronda hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2-5, gündüz isə 6-11 dərəcə isti olacaq.
Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədovanın sözlərinə görə, yaxın günlərdə ölkə ərazisində hava şəraitinin sabitləşəcəyi gözlənilir.