Paytaxtda və Abşeron yarımadasında küləyin güclənəcəyi gözlənilir. Bu haqda bu gün, 11 noyabr tarixində Bakuplus.az Milli Hidrometeorologiya Xidmətinə istinadən məlumat verir.
Noyabrın 11-i gündüzdən 12-si axşamadək cənub küləyinin sürətinin 15-18 m/s, arabir 20-23 m/s, 13-də gündüz isə şimal-qərb küləyinin sürətinin arabir 18-23 m/s-dək güclənəcəyi gözlənilir.
Bazar günü havanın temperaturu gecə 12-16 dərəcə isti, gündüz 17-21 dərəcə isti olacaq.