Bakıdan Vyanaya ilk reys yola düşüb. Bu haqda bu gün, 3 may tarixində Bakuplus.az AZAL-a istinadən xəbər verir.
Bununla bağlı Vyana aeroportunda xüsusi mərasim keçirilib. Reysin açılışında xarici işlər nazirinin müavini Xələf Xələfov, Azərbaycanın Avstriyadakı səfiri Rövşən Sadıqbəyli, “Azərbaycan Hava Yolları” aviaşirkətinin icraçı direktorunun müavini Cəmil Manizadə və Vyana Beynəlxalq Hava Limanının baş icraçı direktoru Yulian Yaqer iştirak ediblər.
Bakı-Vyana reysi hər çərşənbə axşamı və cümə günləri yerinə yetiriləcək. Uçuş müddəti təxminən 3 saat yarım təşkil edir.
[caption id="attachment_99072" align="alignnone" width="640"]
Foto AZAL[/caption]