Sabunçu rayonu, Bakıxanov qəsəbəsində işıqforda dəyişiklik edilib. Bu haqda bu gün, 13 mart tarixində Bakuplus.az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən xəbər verir.
Aparılan təhlillər nəticəsində qəsəbənin Yavər Əliyev və Səməd bəy Mehmandarov küçələrinin kəsişməsində işıqforun əsas istiqamət və piyada vaxtları artırılıb. Həmçinin Elşən Mehdiyev küçəsində işıqforun iş rejimi günün pik saatlarına uyğun tənzimlənib.
Nəticədə adıçəkilən küçələrdə, eləcə də “Bakıxanov” dairəsində avtomobil sıxlığı aradan qaldırılıb.