Bakıda hava kəskin dəyişəcək. Bu haqda bu gün, 8 yanvar tarixində Bakuplus.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir.
10 yanvar tarixindən etibarən hava şəraitinin dəyişəcəyi gözlənilir. Qısamüddətli güclü şimal-qərb küləyi əsəcək. Küləyin maksimal sürətinin 25-28 m/s, gecə isə 30-33 m/s-dək olacağı gözlənilir.
Bundan əlavə, axşam saatlarında havanın arabir yağıntılı olacağı, bəzi şəhərətrafı ərazilərdə sulu qara keçəcəyi ehtimalı var.
Temperaturun gecə və gündüz saatlarında 5 dərəcəyədək isti olacağı gözlənilir.