Samaradan Bakıya gedən “Utair” şirkətinin təyyarəsi hava limanına qayıdıb. Bu haqda bu gün, 2 fevral tarixində Bakuplus.az məlumat verir.
Uçuş mühərriklərdən birinin generatorunda yaranan nasazlıq səbəbindən ləğv olunub. Təyyarə eniş edib və problem aradan qaldırılır.
Reysi gözləyərkən sərnişinlər federal aviasiya qaydaları ilə nəzərdə tutulmuş xidmətlərlə təmin olunacaqlar. Təyyarədə biri azyaşlı olmaqla 67 sərnişin olub.