Bakı və Abşeronda hava proqnozu açıqlanıb. Bu haqda bu gün, 18 noyabr tarixində Bakuplus.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir.
19 noyabr tarixində Bakı və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Gecə yarımadanın bəzi yerlərində qısamüddətli leysan xarakterli olacağı ehtimalı var. Gündüz tədricən kəsiləcək. Mülayim cənub-şərq küləyi səhər arabir güclənəcək.
Havanın temperaturu gecə 8-13, gündüz isə 15-18 dərəcə isti olacaq.