Magistral yollarda sürət həddi bərpa olunub. Bu haqda bu gün, 15 yanvar tarixində Bakuplus.az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən xəbər verir.
Küləkli və qarlı hava şəraiti ilə əlaqədar Zığ dairəsi-Hava Limanı yolu və Heydər Əliyev prospektində sürət həddi bərpa edilərək əvvəlki vəziyyətə qaytarılıb.
Adıçəkilən yollarda sürət həddi bəzi zolaqlar üzrə 20 və 40 km/saat endirilmişdi.