Bakı Zooparkında yeni muflonlar dünyaya gəlib. Bu haqda bu gün, 15 aprel tarixində Bakuplus.az Zooloji Parka istinadən xəbər verir.
4 aprel tarixində Asiya muflonlarının 2 balası dünyaya gəlib.
“Balalar dişidir və sağlamdır. Analar doğulduğu andan balaların yanındadır, dəstək və qayğılarını əsirgəmirlər”, – deyə parkın mətbuat xidmətindən bildirilib.