Bakının Xətai rayonunda yerləşən 257 saylı orta məktəbin həyətində göydələn tikilib, məktəbin həyət qapısı da yaşayış binasına bitişikdir.
Bu barədə “BakiGundeliyi” "Facebook" səhifəsi məlumat yayıb.
Məlumatda qeyd olunur ki, bir neçə il öncə tikinti işləri başlayanda məktəbdə oxuyan şagirdlərin valideynlərinə təhsil ocağının yeni korpusunun tikildiyi deyilib.
Sonradan isə bəlli olub ki, məktəbin həyətində tikilən yaşayış binası imiş.

