Bakının Səbail rayonu, Bayıl qəsəbəsindən Badamdara gedən yolda ağacların quruması ilə bağlı müraciət Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb. Bu haqda bu gün, 21 aprel tarixində Oxu.az məlumat verib.
Xidmət rəisi Bəhruz Məhəmmədov bildirib ki, ağacların qurumasına ötən illərdə ərazidə baş verən torpaq sürüşmələrinin səbəb olduğu müəyyən edilib.
Qurumuş ağaclar yeniləri ilə əvəz olunacaq. Badamdar bələdiyyəsinə müvafiq tapşırıqlar verilib.