Azərbaycanda bayram günləri ilə əlaqədar bütün avtovağzal və avtostansiyalar 28 dekabr - 7 yanvar tarixlərində gücləndirilmiş iş rejimində çalışacaq. Bu haqda bu gün, 28 dekabr tarixində Bakuplus.az Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən məlumat verir.
Bakı Beynəlxalq Avtovağzal Kompleksində avtobusların intervalına və təhlükəsizliyinə xüsusi diqqət yetiriləcək. Sərnişin axınını nəzərə alaraq, marşrutlara əlavə avtobuslar buraxılacaq.
Vətəndaşlar biletləri “biletim.az” portalından onlayn qaydada, həmçinin avtovağzalların gündəlik və qabaqcadan satış kassalarından əldə edə bilərlər.