“Xəqani bağı”na yaxın küçələr bayram günlərində bağlı qalacaq. Bu haqda bu gün, 18 mart tarixində Bakuplus.az Yerüstü Nəqliyyat Agentliyinə istinadən xəbər verir.
Novruz bayramı günlərində insan axınını nəzərə alaraq, 20-26 mart tarixlərində Zərifə Əliyeva (Rəsul Rza küçəsi ilə kəsişmədən sonra), Əbdülkərim Əlizadə, Tərlan Əliyarbəyov və Yusif Məmmədəliyev küçələrində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.
Ərazidə yaşayan sakinlər isə Neftçilər prospektindən Tərlan Əliyarbəyov küçəsinə daxil ola, Yusif Məmmədəliyev küçəsindən isə çıxa biləcəklər.