Bakı Dövlət Universitetinin (BDU) baş laborantı dünyasını dəyişib. Bu haqda bu gün, 15 yanvar tarixində Bakuplus.az universitetin mətbuat xidmətinə istinadən xəbər verir.
Zaur Hüseynov 53 yaşında vəfat edib. O, 22 ildir təhsil ocağının Tarix fakültəsi nəzdində “Azərbaycanın maddi mədəniyyət tarixi” adlı Elmi-tədqiqat laboratoriyasında böyük laborant vəzifəsində işləyirdi.
Zaur Hüseynov 1971-ci il mayın 22-də Bakı şəhərində anadan olub. O, 1993-ci ildə BDU Tarix fakultəsini bitirib.