Azərbaycan elminə ağır itki üz verib. Bu haqda bu gün, 17 aprel tarixində Bakuplus.az təhsil ocağının mətbuat xidmətinə istinadən xəbər verir.
Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin Diplomatiya və müasir inteqrasiya prosesləri kafedrasının dosenti tarix elmləri namizədi İsgəndər Quliyev vəfat edib.
İsgəndər Quliyev 1965-ci ildən BDU-nun Tarix fakültəsində çalışmağa başlayıb. 1970-ci ildən müəllim, baş müəllim, dosent vəzifələrini icra edib. O, II çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. “91-lər”in tanınmış nümayəndələrindən olan İsgəndər Quliyev 2000-ci ildə “Şöhrət” ordeninə layiq görülüb.