Bakı Dövlət Universitetinin (BDU) rəhbərliyi, professor-müəllim heyəti və bir qrup inzibati işçisi Türkiyənin Bakıdakı səfirliyini ziyarət edib. Bu haqda bu gün, 9 fevral tarixində BDU-nun mətbuat xidməti məlumat verib.
Səfər zamanı Türkiyənin cənub-qərbində baş vermiş dağıdıcı zəlzələ qurbanlarının xatirəsi anılıb.
Həmçinin bildirilib ki, BDU zəlzələdən zərər çəkənlər üçün aktiv şəkildə humanitar yardım toplayır.
[URIS id=90119]