top
Bilet tapmadıqlarından Bakıya gələ bilməyənlərlə bağlı AÇIQLAMA
06 yanvar 2026, 14:50
- ↺ +

Bilet tapmadıqlarından Bakıya gələ bilməyənlərlə bağlı AÇIQLAMA

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Yeni ilin ilk günlərində Tərtər sakinləri rayon avtovağzalında Bakıya gəlmək üçün bilet tapa bilmədiklərindən şikayət etmişdi.

Qafqazinfo.az xəbər verir ki, vətəndaşlar avtobuslarda kifayət qədər yer olmasına baxmayaraq, onlara bilet satılmamasından gileylənmişdi.

Mövzu ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən sorğuya cavab olaraq bildirildi ki, problemi bilet alveri ilə məşğul olan bəzi şəxslər yaradır: "Belə ki, işbazlar biletləri qabaqcadan kassadan sistem vasitəsilə alır və vətəndaş onlayn sistemə daxil olarkən biletlərin satıldığını görür. Sonradan həmin biletlər şəxslər tərəfindən kassadan dəyərindən artıq qiymətə təqdim olunur. Satışı tam olaraq reallaşdırmaq mümkün olmadıqda, artıq qalan biletlər sistem vasitəsilə qaytarılır. Nəticədə avtobuslarda yer olduğu halda onlayn qaydada bilet almaq istəyən vətəndaş biletsiz qalır.

Sözügedən avtovağzal nümayəndələrinə dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, həmin şəxslər əməllərindən əl çəkməyiblər. Xoşagəlməz halın aradan qaldırılması məqsədilə avtovağzalın intizamsız əməkdaşlarına qarşı tədbir görülüb. AYNA vətəndaşları bu kimi hallarla qarşılaşdıqda "141" Çağrı Mərkəzinə və hüquq-mühafizə orqanlarına məlumat verməyə çağırır".

Agentlikdən həmçinin qeyd edilib ki, bayram günlərində (29 dekabr-4 yanvar) paytaxtdan bölgələrə, eyni zamanda region avtovağzallarından müxtəlif istiqamətlərə təqribən 90 000 sərnişin daşınıb: "Adi günlərlə müqayisədə sərnişin tələbatını qarşılamaq üçün əlavə olaraq 350-dən çox reys həyata keçirilib. Sərnişinlərin 50%-i biletlərini onlayn qaydada "biletim.az" portalından əldə edib ki, bu da əvvəlki dövrlərlə müqayisədə rekord göstəricidir. Bəzi hallarda onlayn satışın əhatə dairəsinin genişənməsinə ciddi müqavimət göstərilir və maneələr yaradılır. Aparılan davamlı təhlillər və araşdırmalar nəticəsində məlum olub ki, bir avtovağzalda təkcə son 3 ayda kassadan öncədən alınan biletlərin 80%-i səbəbsiz olaraq geri qaytarılıb. Bilet satışına edilən bu cür müdaxilələr vətəndaşların rahat gediş-gəlişinə və onlayn satışın genişlənməsinə əngəl yaradır".

Son xəbərlər

Xəbər
Dünən, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Xəbər
Dünən, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Xəbər
Dünən, 15:54

Ağıllı saatlara görə aksiz vergisi alınacaq

Xəbər
Dünən, 15:53

İlham Əliyev bəzi media nümayəndələrini təltif etdi - SİYAHI

Xəbər
Dünən, 15:19

Sabah Bakıda hava dəyişəcək - güclü külək, intensiv yağış

Xəbər
Dünən, 14:33

Nominal orta aylıq əmək haqqı 8,7% artacaq

Xəbər
Dünən, 13:35

203 nömrəli marşrutun avtobusları yenilənir

Xəbər
Dünən, 11:40

Bir sıra vergi güzəştlərinin müddəti uzadılır

Xəbər
Dünən, 11:35

Yaşa görə əmək pensiyasının orta məbləğinin 680 manat olacağı proqnozlaşdırılır

Xəbər
Dünən, 10:44

Cinayətdə şübhəli bilinən 62 nəfər tutuldu

Siyasət
Dünən, 10:36

Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

Xəbər
Dünən, 10:09

25 ilini yerin altında keçirən şairimizin doğum günüdür

Xəbər
Dünən, 09:43

Vətən Müharibəsi Qəhrəmanına general-mayor rütbəsi verildi

Xəbər
Dünən, 09:25

Bakının iki rayonunda işıq olmayacaq

Xəbər
Dünən, 00:01

Vətən müharibəsinin 40-cı günü: XRONİKA

Xəbər
04 noyabr 2026, 17:34

Azərbaycanda doğum azalır, müavinət artır: 1500 manat ailələrin qərarına təsir edəcəkmi? – ÖZƏL AÇIQLAMA

Xəbər
04 noyabr 2026, 16:57

Bakıda temperatur 10 dərəcə düşəcək - leysan, şimşək...

Xəbər
04 noyabr 2026, 15:58

Bakıda 66 yaşlı kişi dələduzluğa görə HƏBS EDİLDİ

Xəbər
04 noyabr 2026, 15:09

Gələn il pensiyaların 7,5 faiz artırılması proqnozlaşdırılır

Xəbər
04 noyabr 2026, 14:15

Bakıda qəza: avtomobil klinikaya çırpıldı - FOTOLAR

Xəbər
04 noyabr 2026, 13:25

Arvadını küçədə güllələyib öldürmüşdü, məhkəməsi başlayır

Xəbər
04 noyabr 2026, 12:52

Birinci kurs tələbəsi vəfat etdi

Xəbər
04 noyabr 2026, 11:36

Nərimanov rayonunda 16 mərtəbəli yaşayış binasında yanğın oldu

Xəbər
04 noyabr 2026, 11:21

3 yaşınadək uşağı olan analara hər ay 100 manat verilə bilər

Oxşar xəbərlər