Yerləşən 292 saylı tam orta məktəblə bağlı açıqlama verib. Bu haqda bu gün, 9 dekabr tarixində Bakuplus.az APA-ya istinadən məlumat verir.
Bildirilib ki, məktəb qəsəbədə şagird sıxlığı nəzərə alınaraq, Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilib. 292 nömrəli tam orta məktəb ilk mərhələdə 121 nömrəli tam orta məktəbin korpusu kimi fəaliyyətə başlayıb və şagird kontingentinin bir hissəsi orada tədrisə cəlb olunub. Məktəbin fəaliyyətinin tənzimlənməsi isə 121 nömrəli tam orta məktəbin direktor müavinlərindən birinə tapşırılıb.
Hazırda məktəbin balansa verilməsi üçün müvafiq qurumlar tərəfindən müvafiq sənədləşmə işləri aparılır.
Məktəbin fəaliyyəti BŞTİ-nin nəzarətinə götürülüb, şagirdlər üçün daha əlverişli mühitin yaradılması üçün xüsusi komissiya yaradılıb və bu istiqamətdə zəruri tədbirlər həyata keçirilir.
Daha öncə məktəb diqqət mərkəzinə düşüb. Bildirilib ki, məktəbdə direktor və yaxud müavin yoxdur. Bu səbəbdən isə məktəbdə özbaşınalıq hökm sürür, bəzi müəllimlər məktəbliləri döyür, təhqir edirlər.