Motosiklet və mopedlərin istehsalı ilə məşğul olan "Ecosoft" şirkəti Bakının Binə qəsəbəsində yeni zavodunu tikəcək. Bu haqda bu gün, 13 mart tarixində Fed.az məlumat verib.
Hazırda şirkətin zavodu Babək prospektində yerləşir, orada "Tufan" markası altında motosikletlər istehsal edilir. Təklif edilən modellər 1850 manatdan 7900 manatadək olan qiymətə satılır.
Şirkət istehsalla yanaşı, Bakıda, Gəncə, Lənkəran və Bərdə şəhərlərində yerləşən servis mərkəzlərində "Minsk" motosikletlərinin satışı ilə məşğul olur.