Bakıda yerləşən polis bölməsinin əməkdaşı vəfat edib. Bu haqda bu gün, 3 dekabr tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.
Binəqədi rayon 7-ci Polis Bölməsinin baş leytenantı 39 yaşlı Rövşən Abdullayev ürək çatışmazlığından dünyasını dəyişib. O, Respublika Diaqnostika Mərkəzində müalicə alırdı.
Polis əməkdaşı uzun müddət xəstəlikdən əziyyət çəkirdi.