Binəqədi rayonunda narkotik alverçisi tutulub. Bu haqda bu gün, 27 dekabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Keçirilən əməliyyat nəticəsində 30 yaşlı İmamverdi İsgəndərov saxlanılıb. Onun üzərində və avtomobilində 24 kiloqram narkotik maddə aşkarlanıb. Bu maddələrin arasında 13 kiloqram marixuana, 7 kiloqram heroin və 4 kiloqram metamfetamin olub.
Şübhəli şəxs narkotikləri İran vətəndaşının tapşırığı ilə Astara rayon ərazisində gizlədilən yerdən götürərək paytaxta satmağa gətirirdi.
Faktla bağlı araşdırmalar davam edir.