Bakıda “jek” rəhbəri işdən çıxarılıb. Bu haqda bu gün, 27 mart tarixində Bakuplus.az “Lifttəmir” İstehsalat Birliyinə istinadən xəbər verir.
Binəqədi rayonu, 107 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Rüfət Süleymanov tutduğu vəzifədən azad edilib. “Bakı Mənzilavtomat” ixtisaslaşdırılmış istehsalat idarəsinin rəisi İlham Hüseynov və Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Elmin Zamanov isə araşdırma müddətinə vəzifələrindən kənarlaşdırılıblar.
Ötən gün Biləcəri qəsəbəsi, Yəhya Hüseynov küçəsində 44 yaşlı qadın liftdə qapı arasında qalaraq ölüb. Bakı Şəhər İcra Hakimiyyətində komissiya yaradılıb və hadisə komissiya tərəfindən araşdırılır.