Noyabrın 21-də paytaxtın Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsində yol qəzasında xəsarət alan qadın dünyasını dəyişib. Bu haqda bu gün, 25 noyabr tarixində Bakuplus.az Lent.az-a istinadən məlumat verir.
Firdovsi Zeynalov idarə etdiyi "Toyota Prius" markalı avtomobillə Əzizə Əsgərovanı vurub. Qadın xəstəxanaya yerləşdirilsə də, noyabrın 24-də orada vəfat edib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.