top
“Bir insanı tanımaq üçün 47 dərəcə, 28 sm lazımdır” – Məşhur fizionomistlə ÖZƏL MÜSAHİBƏ
08 aprel 2025, 07:00
- +

“Bir insanı tanımaq üçün 47 dərəcə, 28 sm lazımdır” – Məşhur fizionomistlə ÖZƏL MÜSAHİBƏ

“Sənə elə şeylər danışaram ki, yuxuların qaçar. Gecə yata bilməzsən. Həyat çox çətindir, çox. Bəzən bu peşəni öyrəndiyimə peşman olmuşam”.

Bu sözləri Bakuplus.az-a müsahibəsində Azərbaycanda fizioqnomika elmi ilə məşğul olan yeganə şəxs - Rəşad Əhmədov deyib.

Onunla müsahibəni təqdim edirik:

- Fizioqnomika nədir və insanlar arasında bu sahəyə qarşı hansı stereotiplər var?

- Mən fizioqnomika elmi ilə məşğulam. Bu elm insanın xarakterini zahiri sifət cizgilərindən öyrənir. Fizioqnomika ilk dəfə qədim Çində təşəkkül tapıb. Daha sonra Avropa ölkələrinə yayılıb.

İnsanlar bir-biriləri ilə əlaqə quranda birinci sifət cizgilərinə baxır ki, bu kimdir. Fizioqnomika əsasən güc strukturlarında geniş istifadə edilir.

- Rəşad müəllim, bunun səbəbi nədir?

- Çox gözəl sual verdiniz. Çünki bəzən insan çalışır ki, öz çirkin əməlini ört-basdır etsin. Adətən güc strukturlarında olur belə hadisələr. Cinayət törətmiş şəxslər öz əməlini gizlətməyə çalışır. Amma bu elm hər bir insanın, xüsusən cinayətkarın üz cizgilərindən, davranışlarından bunu öyrənə bilir.

- Bəs sizin bu sahə ilə tanışlığınız necə baş verdi? Marağınız necə yarandı?

- Bir təsadüf nəticəsində oldu. Bir gün gecə 12-yə qalmış Nərimanov metrosunun yaxınlığında idim. Gözdən əlil bir şəxslə tanış oldum. O adam danışığı, dediyi fikirləri ilə məni özünə cəlb etdi. Başladım onunla söhbətə. Mənim haqqımda elə fikirlər dedi ki, çox təəccübləndim. Düşünün, gözdən əlil olasan, gözün görmədiyi halda bunları biləsən. Zamanla bu elmi tanıdım və daha dərindən öyrənməyə başladım.

- Sizə inanmayan olubmu?

- Sənə elə şeylər danışaram ki, yuxuların qaçar. Gecə yata bilməzsən. Həyat çox çətindir, çox. Bəzən bu peşəni öyrəndiyimə peşman olmuşam.

Adlarını çəkməyəcəm. Yaxın iki dost olub. Övladlarını evləndirmək istəyirdilər. Oğlana baxan kimi dedim ki, evləndirmə. Məndən incidilər. Uşaqlar ailə həyatı qurdu, 6 ay davam etmədi. Boşandılar.

- Bu illər ərzində dost-tanış arasında bildiyiniz, amma deməyə çəkindiyiniz bir hadisə olubmu?

- Qonaq getməyi sevmirəm. Bir dəfə yaxın şəxsin evinə dəvət aldım. Həmin oğlanın yoldaşı yaxşı biri deyildi. Danışığından, davranışından həmən dəqiqə hiss etdim. Dedim, kaş gözlərim kor olardı, bunu hiss etməzdim. Oğlanla münasibətim çox yaxşı idi, ona görə deyə bilmədim.

- Sizcə, insanın xarakteri dəyişir?

- İnsanın xarakteri dəyişmir, sadəcə formalaşır. Bu formalaşma şəxsin olduğu ətrafdan, işlədiyi peşədən asılıdır. El arasında belə bir deyim var: “Bəxti verən Allahdırsa, taleyi bəndə özü seçir”.

İnsan pullanır, qudurur, qarşısındakıları əzir. Bu xarakterdir. Əlinə fürsət keçən kimi özünü büruzə verir. Ona görə deyiblər ki, insanı vəzifədə tanı.

- Yalanı müxtəlif dərəcələrə bölmək olur? Yoxsa yalanların hamısı eynidir?

- Yalansız həyat olmaz. Yalanın iki növü var: islah olunan və təkzib edilməz yalanlar. Bəzən elə anlar yaranır ki, insan yalan danışmağa məcbur qalır. Məsələn, həkim pasiyentinin ölüm ayağında olduğunu bilsə də, bunu deyə bilmir. Ona ümid verir.

Araşdırmalara görə, insanın gün ərzində danışdığı sözlərin 18%-i yalandır. Kimsə evə qonaq gəlir, çay təklif edirsən. Deyir, bu dəqiqə içib gəlmişəm. Bunun özü də yalandır.

- Qarşındakı insanı daha yaxından tanımaq üçün nəyə diqqət etmək lazımdır?

- Fizioqnomika elmi deyir ki, bir insanı yaxşı tanımaq üçün öncə tərəflər arasında məsafə 28 sm olmalıdır. Bununla bərabər, insanı tanımaq üçün 47 dərəcə bucaq altında oturmaq lazımdır. Çünki göz kəsimi ilə qulaq kəsimi arasındakı məsafə nə qədər üst-üstə düşərsə, insanın intellekt səviyyəsinin ən yüksəkdə olmasından xəbər verir.

Bu faktı deyim ki, insan doğulandan ölənə qədər bütün orqanları dəyişir. Tək dəyişməyən bədən üzvü qulaqdır. Yaranışdan ölümə qədər eyni quruluşda qalır.

- Bəs tanımaq üçün nə qədər müddət lazımdır?

- Bunun üçün konkret vaxt məhdudiyyəti yoxdur. Amma operativlik nöqteyi-nəzərindən 2 dəqiqə 36 saniyə kifayət edir. Yəni, insana baxanda 60-70% təxəyyülündə fikir formalaşır. Üz nahiyəsində hər hansı bir əməliyyat isə şəxsin xasiyyətini tanımağımıza təsir göstərmir. Çünki insan özünü sadəcə bir müddət  süni apara bilir, ondan sonra isə artıq hər şey bəlli olmağa başlayır. Mütəxəssis artıq bu zaman xasiyyət analizi apara bilir. Gözlər hər zaman satqın olur. Göz oynaması, onun bir yerə fokuslanmaması onun yalan danışdığını göstərir.

- Bu dövrdə estetik əməliyyat etdirən şəxslərin sayı günü-gündən artır. Üz quruluşunda dəyişiklik edənləri fizioqnomika elmi tanıyır?

- Xarakter prinsipləri üz cizgilərin dartmaqla, estetik əməliyyatla dəyişmir. Ümumiyyətlə, xarakter dəyişmir. Düzdür, bəzən qaş, alın prosesdurlarında üz cizgiləri dəyişir. Amma daxildəki xasiyyət nə qədər əməliyyat olsa da, dəyişmir.

- Yəqin ki, bu ümumi anlayışdır. Hər kəsə aid deyil.

- Xarakteri tək gözlə anlamırlar. Burun, göz, üz cizgilərinin hamısını təhlil etdikdən sonra anlamaq olar. Onu deyim ki, bir insanın xarakterini 100 faiz öyrənmək qeyri-mümkündür.

- Deyirlər ki, göygöz insanların gözdəyməsi çox olur. Bu doğrudur?

- Bu sübut olunub. Məsələn, deyirlər ki, göygöz, rəngi sarı, dişi seyrək adamlarla ehtiyatlı olmaq lazımdır. Amma bu, bütün hallara aid deyil.

- Fikrinizcə, gözlər qəlbin aynasıdır?

- Əlbəttə. Gözlərin rəngi, forması, baxışı daxildən xəbər verir. Məsələn, göy gözlü insanlar soyuqqanlı, açıq qonur gözlülər zəhmətkeş, dözümlü, iradəli olurlar. Və ya tünd qara gözlü insanlar özləri üzərində həmişə çalışırlar. Qabarıq gözlü insanlarda küsəyənlik olur.

- Rəşad müəllim, insanları bir-birindən necə ayırmaq olar?

- Saçı yumşaq olan adamlar çox həssas, müəyyən bir şeyi analiz etmək, tez qavramaq kimi xüsusiyyətlərə malik olurlar. Çox saçlı insanlarda tərslik, höcətlik kimi əlamətlər müşahidə olunur. Elə regionlar var ki, orada bir qrup insanlar çoxluq təşkil edir və bu da milli xüsusiyyətə çevrilir. Bu kimi şeylər insanların qəriblikdə tanınmasında başlıca amillərdən biridir. Sizə bir fakt deyim. Xarici ölkələrdə gözdən əlil insanlardan xüsusi xidmət orqanlarında istifadə edirlər. Yəni, ağır cinayətlərin açılmasında onların instinktiv cəhətlərinə ehtiyac duyulur. Hissiyyat güclü olur.

Məsələn, ailə qurulmasında insanların bir-birini tanıması əsas götürülür. İnsanı tanımaq üçün isə diqqətli olmaq, vaxt ayırmaq lazımdır

Fidan İlqar

Son xəbərlər

Xəbər
Dünən, 18:00

Bu gecə Bakının iki rayonunda işıq olmayacaq

Xəbər
Dünən, 17:20

Aydın Süleymanlı Maqnus Karlsenə qalib gəlib

Xəbər
Dünən, 16:20

Fransaya getmək istəyən əcnəbi Bakıda HƏBS EDİLDİ

Xəbər
Dünən, 15:20

Sabah Bakıda 38 dərəcə isti olacaq

Xəbər
Dünən, 14:35

"Sabah"ın baş məşqçisi püşkatmanı dəyərləndirdi: 2 oyunda hər şey baş verə bilər

Xəbər
Dünən, 14:20

Bakıda kişi telefona görə sevgilisini vəhşicəsinə döydü

Xəbər
Dünən, 13:20

Qanunsuz saxlanılan silahlar aşkarlanıb

Xəbər
Dünən, 12:20

Azərbaycanda yumurta 1 qəpiyədək ucuzlaşdı

Xəbər
Dünən, 11:20

İyunda qeyri-çimərlik ərazilərdə 12 nəfər batıb

Xəbər
Dünən, 10:20

Arvadını bacısı kimi təqdim edirmiş... – Bakıda film kimi dələduzluq

Xəbər
Dünən, 09:20

Dövlət Miqrasiya Xidmətinin rəisi vətəndaş qəbulu keçirəcək

Xəbər
18 iyun 2026, 18:00

Abşeronda 19 min manatlıq oğurluq edildi

Xəbər
18 iyun 2026, 18:00

"Saatlarla park yeri axtarırıq" – "Park Yasamal" sakinləri narazıdır

Xəbər
18 iyun 2026, 17:30

Bakıda sevgilisinin 108 min manatını oğurlayan ərəb həbs olundu

Xəbər
18 iyun 2026, 16:38

Abşeron Xəstəxanasında niyə KT cihazı yoxdur?

Xəbər
18 iyun 2026, 16:30

Yetkinlik yaşına çatmayan qıza qarşı əxlaqsız hərəkətlər etdi – Həbs olundu

Xəbər
18 iyun 2026, 15:52

Bakının ən təmiz çimərlikləri AÇIQLANDI

Xəbər
18 iyun 2026, 15:30

Flora Kərimovanın SON DURUMU açıqlandı

Xəbər
18 iyun 2026, 14:30

TƏBİB-in İcraçı direktoruna yeni müşavir təyin edilib

Xəbər
18 iyun 2026, 13:38

Bakıda qadın müştərilərlə tanış olmaq istəyən taksi sürücüləri HƏBS OLUNDU

Xəbər
18 iyun 2026, 13:20

Bakıda kişi arvadının dayə kimi işlədiyi evi taladı

Xəbər
18 iyun 2026, 12:20

DİM: I və IV qruplar üzrə qəbul imtahanının nəticələri gələn həftə elan ediləcək

Xəbər
18 iyun 2026, 11:26

Azərbaycanda əhalinin sayı açıqlandı

Xəbər
18 iyun 2026, 10:26

Qan Bankının rəhbəri: Aşura günü toplanan qan ölkənin 2 aylıq ehtiyacını qarşılayır

Oxşar xəbərlər