Azərbaycan televiziya kanallarının bəzi verilişlərinin yayım vaxtı azaldılıb. Bu haqda bu gün, 16 mart tarixində Bakuplus.az Baku.es-ə istinadən xəbər verir.
Televiziya kanallarında yayımlanan və cəmiyyətdə mənfi müzakirələrə səbəb olan “Səni axtarıram”, “Elgizlə izlə”, “Yaxşıya doğru”, “Bizimləsən”, “Həmin Zaur”, “Təsir dairəsi” verilişləri ilə bağlı qərar verilib.
Belə ki, həmin proqramların efir vaxtları qısaldılaraq təxminən 30 dəqiqə olması nəzərdə tutulub. Bundan əlavə, verilişlərin formatlarında da müəyyən dəyişikliklər ediləcək.
Bir neçə gün öncə “ATV”, “Xəzər”, “ARB” və “Space” televiziya kanallarının rəhbərləri Prezident Administrasiyasına çağırılaraq onlara xəbərdarlıq edilmişdi.