Bakı şəhər 67 nömrəli tam orta məktəbinin Gənclərin Çağırışaqədərki Hazırlığı üzrə Hərbi Rəhbəri Oktay Əhmədov vəfat edib. Bu haqda bu gün, 11 dekabr tarixində Bakuplus.az Oxu.az-a istinadən məlumat verir.
55 yaşlı Birinci Qarabağ müharibəsi veteranının dekabrın 9-da saat 23:00 radələrində qəflətən öldüyü deyilir.
Əhmədov 1991-1992-ci illərdə Ordu sıralarında Xocavənd rayonunun Qaradağlı kəndində, Ağdam rayonunda, Daşaltı əməliyyatında, Kəlbəcər-Ağdərə, Murovdağ, Füzuli, Gədəbəy rayonlarında gedən döyüşlərdə iştirak edib.
2002-ci ildə Əhmədov tərxis olunub və 2004-cü ildən 67 nömrəli tam orta məktəbdə çalışıb.