Yanvarın 14-15-də paytaxtda hava şəraitinin dəyişəcəyi, bəzi yerlərdə qar yağacağı gözlənilir. Bunu nəzərə alaraq sürücülərə eniş-yoxuşlarda xüsusilə diqqətli olmaları tövsiyə olunur. Bu haqda Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidməti məlumat verib.
Meteoroloji amilləri nəzərə alaraq, sürücülərdən sürət həddinə riayət etmələri və digər hərəkət iştirakçılarına qarşı diqqətli olmaları tövsiyə olunur. Mümkün dərəcədə, ictimai nəqliyyata üstünlük verilməsi məsləhət görülür.
Sərnişinlərdən dayanacaqlarda gözləyərkən diqqətli olmaları, dayanacaqlardan kənarda avtobusa minib-düşməmələri xahiş olunur.
Həmçinin, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb ki, qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq qurum gücləndirilmiş iş rejiminə keçib.