Bu gün Abşeron Milli parkında “açıq qapı” günü olacaq. Bu haqda BakuPlus Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir.
“Açıq qapı” günü 11 yanvar - Dünya Qoruqlar və Milli Parklar Günü ilə əlaqədar keçirilir.
Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova bildirib ki, 11 yanvar - Dünya Qoruqlar və Milli Parklar Günü, Dünya Vəhşi Təbiət Fondunun təşəbbüsü ilə 1997-ci ildən etibarən hər il qeyd olunur.
“Açıq qapı” günü ziyarətçilər milli parka gəlməklə burada füsunkar təbiət ərazilərindən zövq ala və səmərəli gün keçirə bilərlər.