Bakı metrosunda ləngimələr olub. Bu haqda bu gün, 27 noyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Gecikmə metronun “Memar Əcəmi” stansiyasında daha çox hiss edilib. Sərnişinlərin sözlərinə görə, bəzi qatarlar gecikib, bir neçəsi isə sərnişinləri düşürərək geri qayıdıb. Nəticədə 20 dəqiqəyə qədər yubanma olub.
Qurumun mətbuat xidmətindən verilən məlumata əsasən, hazırda gecikmənin hansı səbəbdən baş verdiyi araşdırılır.
"Dərnəgül”-“Bakmil" marşrutu üzrə hərəkət edən qatarda nasazlıq ehtimalı ilə sərnişinlər "Nəsimi" stansiyasında düşürülüblər. Qatar baxış keçirilməsi üçün "Memar Əcəmi" stansiyasında dalan yola verilib”, – deyə mətbuat xidmətin rəhbəri Bəxtiyar Məmmədov qeyd edib.