top
Bu gün Əməkdar artistin ad günüdür
05 yanvar 2026, 09:43
- ↺ +

Bu gün Əməkdar artistin ad günüdür

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu gün Azərbaycan teatr və kino aktrisası Kübra (Kübrabəyim) Ağa qızı Əliyevanın anadan olduğu gündür. O, 5 yanvar 1949-cu ildə Gəncədə anadan olub.

Bakuplus.az xəbər verir ki, aktrisa 1966-cı ildə Gəncədə 21 saylı orta məktəbi bitirib. 1970-ci ildə Kübra xanım Gəncə Dövlət Dram Teatrında aktrisa kimi fəaliyyətə başlayıb. Aktrisanın debütü, onun Ənvər Məmmədxanlının "Şərqin səhəri" dramının tamaşasında Anjella Kovalini rolu hesab edilir. Sonra aktrisa fəaliyyətini Sumqayıt Dövlət Dram Teatrında davam etdirib.

Kübra Əliyeva Sumqayıtda işlədiyi müddət "Anam gəldi", "Elbrus evlənir", "Solğun çiçəklər", "Ana məhəbbəti", "Sən nə üçün yaşayırsan" tamaşalarında müxtəlif obrazlar canlandırıb.

Kübra xanım 1972-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsinin qiyabi şöbəsinə daxil olub. Daha sonra aktrisa Azərbaycan Dövlət Musiqili Komediya Teatrında çalışmağa başlayıb. O, burada Sənəm ("Məşədi İbad"), Gövhər xala ("Gözün aydın"), Balı ("Qızıl toy"), Gülbadam ("Sevgilimin anası") və başqa rolları ifa edib.

Əliyeva 1991-ci ildən Akademik Milli Dram Teatrında aktrisa kimi fəaliyyət göstərməyə başlayıb. Kübra xanım, həmçinin müxtəlif teletamaşalarda və filmlərdə obrazlar canlandırıb. O, "Evləri köndələn yar"da bazarkomun arvadı, "Analar"da Zərbuta, "İtkin gəlin"də Xədicə, "Sabiqlər"də nazirin arvadı, "Sonuncu məhəbbət"də Ümbülnisə, "Məhəllədə"də Südabə kimi rolları ifa edib.

Kübra Əliyeva 2000-ci ildə Əməkdar artisti fəxri adına layiq görülüb, 2006-cı ildən isə Prezident təqaüdçüsüdür.

Son xəbərlər

Xəbər
Dünən, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Xəbər
Dünən, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Xəbər
Dünən, 15:54

Ağıllı saatlara görə aksiz vergisi alınacaq

Xəbər
Dünən, 15:53

İlham Əliyev bəzi media nümayəndələrini təltif etdi - SİYAHI

Xəbər
Dünən, 15:19

Sabah Bakıda hava dəyişəcək - güclü külək, intensiv yağış

Xəbər
Dünən, 14:33

Nominal orta aylıq əmək haqqı 8,7% artacaq

Xəbər
Dünən, 13:35

203 nömrəli marşrutun avtobusları yenilənir

Xəbər
Dünən, 11:40

Bir sıra vergi güzəştlərinin müddəti uzadılır

Xəbər
Dünən, 11:35

Yaşa görə əmək pensiyasının orta məbləğinin 680 manat olacağı proqnozlaşdırılır

Xəbər
Dünən, 10:44

Cinayətdə şübhəli bilinən 62 nəfər tutuldu

Siyasət
Dünən, 10:36

Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

Xəbər
Dünən, 10:09

25 ilini yerin altında keçirən şairimizin doğum günüdür

Xəbər
Dünən, 09:43

Vətən Müharibəsi Qəhrəmanına general-mayor rütbəsi verildi

Xəbər
Dünən, 09:25

Bakının iki rayonunda işıq olmayacaq

Xəbər
Dünən, 00:01

Vətən müharibəsinin 40-cı günü: XRONİKA

Xəbər
04 noyabr 2026, 17:34

Azərbaycanda doğum azalır, müavinət artır: 1500 manat ailələrin qərarına təsir edəcəkmi? – ÖZƏL AÇIQLAMA

Xəbər
04 noyabr 2026, 16:57

Bakıda temperatur 10 dərəcə düşəcək - leysan, şimşək...

Xəbər
04 noyabr 2026, 15:58

Bakıda 66 yaşlı kişi dələduzluğa görə HƏBS EDİLDİ

Xəbər
04 noyabr 2026, 15:09

Gələn il pensiyaların 7,5 faiz artırılması proqnozlaşdırılır

Xəbər
04 noyabr 2026, 14:15

Bakıda qəza: avtomobil klinikaya çırpıldı - FOTOLAR

Xəbər
04 noyabr 2026, 13:25

Arvadını küçədə güllələyib öldürmüşdü, məhkəməsi başlayır

Xəbər
04 noyabr 2026, 12:52

Birinci kurs tələbəsi vəfat etdi

Xəbər
04 noyabr 2026, 11:36

Nərimanov rayonunda 16 mərtəbəli yaşayış binasında yanğın oldu

Xəbər
04 noyabr 2026, 11:21

3 yaşınadək uşağı olan analara hər ay 100 manat verilə bilər

Oxşar xəbərlər