top
Bu halda işdən çıxarılan işçiyə əmək haqqı ödənilməlidir – Ali Məhkəmə   
08 aprel 2025, 05:39
- ↺ +

Bu halda işdən çıxarılan işçiyə əmək haqqı ödənilməlidir – Ali Məhkəmə  

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycan Respublikasının Ali Məhkəməsi işəgötürən tərəfindən işçinin ərizəsində göstərilmiş xəbərdarlıq müddətini gözləmədən əmək müqaviləsinə xitam verilməsinin hüquqi nəticələrinə dair vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib.

Bakuplus.az-ın məlumatına görə, işçi 06.02.2024-cü il tarixli ərizə ilə işəgötürənə müraciət edərək, onunla bağlanmış əmək müqaviləsinə 1 ay sonra yəni, 06.03.2024-cü il tarixdən xitam verilməsini xahiş edib. İşəgötürən isə həmin müddəti gözləmədən 3 gün sonra 09.02.2024-cü il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü ilə) əsasən əmək müqaviləsinə xitam verib. İddiaçı xəbərdarlıq müddətinin gözlənilmədiyinə istinad edərək, işdən azad olunması barədə əmrin ləğv olunması və işinə bərpa olunması barədə iddia qaldırıb. İşə baxan birinci və apelyasiya instansiya məhkəmələri əmri qanunsuz hesab etməklə, işçinin işə bərpa olunması qənaətinə gəliblər. Bundan sonra cavabdeh kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.

Ali Məhkəmənin Mülki kollegiyası işə baxaraq qeyd edib ki, əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydasını tənzimləyən 69-cu maddəsinə görə, işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Həmçinin bir qayda olaraq işçi əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir.

Baxılan işdə iddiaçı işəgötürənə yazdığı ərizəsində onunla bağlanmış əmək müqaviləsinə bir ay sonra xitam verilməsini xahiş edib. Bu halda işəgötürən iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi üçün bir aylıq xəbərdarlıq müddətini gözləməli, bu müddət bitdikdən sonra əmək müqaviləsinə xitam verməli idi. Lakin işəgötürən xəbərdarlıq müddətini gözləməyib, iddiaçının barəsində intizam tənbehi verilməsi barədə əmrin olmasını əsas tutaraq, xəbərdarlıq müddəti bitənədək əmək müqaviləsinə xitam verib. Bu hal (xəbərdarlıq müddətinin bitməməsi) əmrin ləğvinə əsasdır və məhkəmə əmri ləğv etməkdə haqlı olub. Bu baxımdan işə mahiyyəti üzrə baxmış məhkəmələr əmri ləğv etməkdə haqlı olsalar da, iddiaçının daimi olaraq işə bərpa olunması hissəsində düzgün olmayan qənaətə gəliblər.

Belə ki, iddiaçı öz iradəsinə uyğun olaraq 06.03.2024-cü il tarixdən əmək müqaviləsinə xitam verilməsini tələb etmiş və məhkəmələr tərəfindən Əmək Məcəlləsinin 69-cu maddəsinin 4-cü hissəsinə müvafiq olaraq bu müddət bitənədək ərizəsini geri götürməsi və ya onun etibarsız hesab edilməsi barədə işəgötürənə yeni ərizə verməsi halı müəyyən olunmayıb.

Belə olan halda bu tarixdən sonra iddiaçı ilə əmək münasibətlərinin davam etdirilməsi üçün əsas qalmırdı və işəgötürən ona xəbərdarlıq müddəti bitənədək olan dövr üçün əmək haqqı ödəmək vəzifəsi daşıyır. Ona görə də iddiaçı işdən azad olunma barədə əmrin verildiyi tarixdən xəbərdarlıq müddətinin bitdiyi tarixədək işə bərpa edilmiş hesab edilməli və həmin müddət üçün ona məcburi işburaxma günlərinə görə əmək haqqı ödənilməlidir.

Son xəbərlər

Xəbər
Bu gün, 13:39

Azyaşlı məhkəmədə ifadə verdi - "atam qısqandığına görə anamı öldürüb"

Xəbər
Bu gün, 13:10

Sabah 23 dərəcə isti olacaq

Xəbər
Bu gün, 11:06

Vergi yoxlamasının keçirilməməsinə görə rüşvət almaqda təqsirləndirilənlərin məhkəməsi başlayır

Xəbər
Bu gün, 10:55

25 gün meteor yağışı olacaq

Xəbər
Bu gün, 10:28

8 Noyabr prospektində nəqliyyatın hərəkəti iflic olub - Video

Xəbər
Bu gün, 09:30

FHN: Ötən həftə 143 yanğına çıxış olub, 38 nəfər xilas edilib

Xəbər
Bu gün, 09:07

Bakının bəzi ərazilərində işıq olmayacaq

Xəbər
Bu gün, 08:58

Emin Sabitoğlunun doğum günüdür

Xəbər
Bu gün, 08:53

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Xəbər
Dünən, 22:06

2–8 noyabr tarixləri üçün həftəlik bürc proqnozları: Sizi nələr gözləyir?

Xəbər
Dünən, 16:28

10 yaşında nənəsinin qızı oldu, 34 yaşında öz valideynlərinə qayıtdı

Xəbər
Dünən, 12:16

Bakıda oğlanlar küçədə dalaşıb, məhkəmədə barışdılar

Xəbər
Dünən, 11:00

Bakıda kişi iş yoldaşını əvəz etmək istəmədi - DAVA DÜŞDÜ

Aktual Xəbərlər
31 oktyabr 2026, 15:14

Azərbaycanda Apple istifadəçilərinin hesabları kütləvi şəkildə ələ keçirilir

Xəbər
31 oktyabr 2026, 14:24

Bakıda maşın velosipedçini vurdu - ÖLƏN VAR

Xəbər
31 oktyabr 2026, 13:06

"Yol nişanlarında "Stop"u "Toxta" ilə əvəzləyək" - DEPUTAT

Xəbər
31 oktyabr 2026, 12:26

5 milyon manatlıq qaçaqmalçılıqda ittiham olunan gömrükçü ev dustaqlığına buraxıldı

Xəbər
31 oktyabr 2026, 09:51

Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb

Xəbər
31 oktyabr 2026, 09:45

Möhlət Müslümov: "İndiki müğənnilər inkubator cücələri kimi bir-birinə oxşayır"

Xəbər
31 oktyabr 2026, 09:32

"Söyüş söydü, mən də onu 4 dəfə bıçaqla vurdum" - Bakıda dostunu öldürənin MƏHKƏMƏSİ

Xəbər
31 oktyabr 2026, 09:06

Bu gün hava necə olacaq?

Xəbər
30 oktyabr 2026, 17:54

Bakı–Tbilisi–Bakı marşrutu üzrə gündəlik qatar reyslərinin sayı 4-ə çatdırılır - VİDEO

Xəbər
30 oktyabr 2026, 17:49

FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilir

Xəbər
30 oktyabr 2026, 17:31

Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılması təsdiqlənib

Oxşar xəbərlər