Bakıda Yeni il və Novruz bayramı ərəfəsində ənənəvi olaraq metro stansiyalarının yaxınlığında və digər ictimai yerlərdə satış çadırları quraşdırılırdı. Lakin bu il həmin çadırlar təşkil olunmayıb. Bu haqda bu gün, 16 dekabr tarixində Bakuplus.az Modern.az-a istinadən məlumat verir.
Verilən məlumat görə, rəsmi olaraq çadırların qurulmasına icazə verilməyib. Buna səbəb kimi müəyyən narazılıqların yaranması əsas gətirilib.
Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən (BŞİH) təşkil olunan çadırlarda həm ərzaq, həm də qeyri-ərzaq malları satışa çıxarılırdı.