Səbail rayonunda icra başçısı sakinləri qəbul edəcək. Bu haqda BakuPlus.az bu gün, 24 may tarixində xəbər verir.
Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalovun iştirakı ilə keçiriləcək səyyar görüş mayın 25-i, saat 11:00-da Bibiheybət qəsəbəsi, Məktəbli küçəsi 20 ünvanında yerləşən 50 nömrəli tam orta məktəbin qarşısında baş tutacaq.
Səyyar görüşdə iştirak etmək istəyən vətəndaşlar 012 493-82-47 nömrəsi ilə əlaqə saxlaya və ya elektron qaydada müraciət edə bilərlər.