“Buta Airways” aşağıbüdcəli aviaşirkəti Bakıdan Qara dənizin tanınmış kurortu - Soçiyə birbaşa reyslər açır. Bu haqda bu gün, 2 fevral tarixində AZAL-ın mətbuat xidməti məlumat verib.
Uçuşlar martın 18-dən etibarən həftənin çərşənbə axşamı və şənbə günləri həyata keçiriləcək.
Aviabiletlər www.butaairways.az saytında, həmçinin www.azal.az saytında və aviaşirkətlərin mobil tətbiqlərində mövcuddur.