Paytaxtın Xəzər rayonu, Buzovna qəsəbəsinin əsas stadionu baxımsız vəziyyətdədir. Bu haqda bu gün, 26 iyul tarixində Bakuplus.az ARB TV-yə istinadən xəbər verir.
65 il əvvəl inşa edilən stadion zəbt olunmaq təhlükəsi ilə üz-üzədir. Bir zamanlar burada qəsəbənin “Xəzri” komandası çıxış edirdi.
“Bu meydançanın UEFA tələblərinə cavab verəcək qədər tərtibatı var idi. İndi 2 yardımçı meydança özəlləşdirilib,” - deyə sakinlər bildiriblər.
Onların sözlərinə görə, məşq etmək üçün uzun yol qət edərək digər stadionlara üz tuturlar.
İcra Hakimiyyətinin nümayəndəsi isə stadionun tezliklə təmir olunacağını və özəlləşdirmə haqda məlumatların yanlış olduğunu vurğulayıb.