Paytaxtın Xəzər rayonu, Buzovna qəsəbəsi, Heydər Eyvazov, 1A ünvanında “Plastik butulkanı ekoçantaya dəyiş” aksiyası keçiriləcək. Bu haqda bu gün, 2 mart tarixində Bakuplus.az Ekologiya Nazirliyinə istinadən xəbər verir.
Ümumi tutumu minimum 30 litr olan müxtəlif plastik butulkaları (0.33 / 0.5 / 1 / 1.5 / 2 və s.) gətirərək əvəzində ekoçanta götürmək mümkündür.
Aksiya 5 mart saat 12:00-da adıçəkilən ünvanda yerləşən “Rahat Gourmet” marketində baş tutacaq.