Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən qanunsuz tikintilərin qarşısının alınması tədbirləri Xəzər rayonu, Buzovna qəsəbəsində aparılıb. Bu haqda bu gün, 28 fevral tarixində nazirliyin mətbuat xidməti məlumat verib.
“Təmənis” yaşayış massivində və Nəriman Əliyev küçəsində yerləşən tikililərdə müvafiq icazəverici sənədlər olmadan, o cümlədən yanğın təhlükəsizliyinə dair normativ sənədlərin tələbləri pozulmaqla tikinti işlərinin aparılması faktları aşkar edilib. Hər iki tikintinin sahibinə dəfələrlə məlumat verilsə də, onlar işi dayandırmayıblar.
Nəticədə qanunsuz tikinti işlərinin qarşısı alınıb və obyektlər sökülüb.